”Kəpənəkçi Peşəkar Futbol Akademiyası” (KPFA) fəaliyyət göstərir

Bildiyiniz kimi, Peşəkar Futbol Akademiyası (PFA) 2017-ci ildən fəaliyyət göstərir. 2023-cü ildən isə PFA "Kəpənəkçi Peşəkar Futbol Akademiyası (KPFA)" adlanır. Hazırda “Azadlıq” filialında və “Xətai” filialında məktəbimizə üzv olan uşaqlarımız var. Futbol məktəbinə qeydiyyat il boyu davam edir.

9 Yanvar xalq şairi Zəlimxan Yaqubun anım günüdür

9 Yanvar 2024-cü il tarixində “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvləri “Soydaş” İctimai Birliyinin rəhbərliyi ilə birgə Fəxri Xiyabanda şairin məzarını ziyarət ediblər.