”Tanrı türkə yar olsun” - Şeirinin müəllifi Nizami Paşa Saraçlı vəfat edib
Türk dünyasının tanınmış şairi Nizami Paşa Saraçlı vəfat edib. Nizami Paşa Saraçlı (Nizami Paşa Mutlutürk) 1950-ci ildə iyun ayının 10 -da Bolnisi Bələdiyyəsinin Mamxuti (Saraçlı) kəndində anadan olub. 1966-cı ildə həmin kənd orta məktəbini, 1973-cü ildə Bakıda Azərbaycan Dövlət Universitetini bitirib.
Qardabanidə tələbə-gənclərin təhsil problemləri müzakirə edilib
Qardabanidə fəaliyyət göstərən Təhsil və İnteqrasiya Mərkəzində yerli icma nümayəndələri və ziyalılarla görüş keçirilib. Görüşdə tələbə-gənclərin təhsil problemləri, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, Azərbaycan dövlətinin bu ölkədəki azərbaycanlılara qayğısı və s diqqət mərkəzində olub.
Marneulidə şəhid Polad Həşimov və əslən Gürcüstandan olan İlqar Mirzəyevin xatirəsi anılıb
14 iyul tarixində axşam namazından sonra Marneuli İmam Əli (ə) məscidində, Tovuz İstiqamətində gedən döyüşlərdə şəhadətə qovuşan, general Polad Həşimov və əslən Qardabanidən olan polkovnik İlqar Mirzəyevin xatirəsinə anım mərasimi keçirilib.