Dünya üzrə 5-ci nəsil (5G) mobil rabitə istifadəçilərinin 89%-i Çində yaşayır.
Bu barədə “China Internet Development Report-2021” adlı hesabatda bildirilir. Sənədə əsasən, ötən il ölkə ərazisində 5G istifadəçilərinin sayı 160 milyon nəfərdən çox olub.
Çin dünyada ən böyük fiber-optik infrastruktur, 4G və 5G müstəqil şəkələrini yaradıb. Bu ölkədə 916 min 5G baza stansiyası istifadəyə verilib ki, bu da dünyada istifadədə olan stansiyaların 70%-ni təşkil edir.