0552508808

0124977539

Xəbərlər
Xəbərlər
|

1-ci Türk İnteqrasiya Olimpiadasında Nənəcanova Şarabanı gümüş medalla təltif olunub

29.05.2024

Bakıda I Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiqdir.

Ölkəmizdə baş tutan yarışın final turunda 8 ölkədən 100-ə yaxın şagird iştirak edib.

Final mərhələsinə ümumilikdə 78 şagird qatılıb, onlardan 56-sı müxtəlif medal və diplomlarla təltif olunub. Birinci yerin sahibləri 100 maksimum baldan 80 bal toplayıblar.

Qeyd edək ki, bu olimpiada türk dövlətləri və milli qurumlarının məktəblər arasında ilk dəfə keçirdiyi olimpiadadır.

Azərbaycanda keçirilən 1-ci Türk İnteqrasiya Olimpiadasının Final mərhələsində iştirak edən, Gürcüstanı (“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”, Bolnisi) təmsil edən Nənəcanova Şarabanı İsmixan qızı gümüş medalla təltif olunmuşdur.

Həmyaşıdları arasında çalışqanlığı və aktivliyi ilə fərqlənən Şarabanı kəndimizin 2 nömrəli məktəbinin 8-ci sinif şagirdidir.

Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.

 Şarabanının uğuru ilə qürur duyur, ona yeni nailiyyətlər arzu edirik!

 

136.3 KB