14.07.2021
14 iyul tarixində axşam namazından sonra Marneuli İmam Əli (ə) məscidində, Tovuz İstiqamətində gedən döyüşlərdə şəhadətə qovuşan, general Polad Həşimov və əslən Qardabanidən olan polkovnik İlqar Mirzəyevin xatirəsinə anım mərasimi keçirilib.
24News.ge xəbər verir ki, birinci ildönümü ilə bağlı keçirilən anım mərasimi şəhidlərin ruhuna müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Daha sonra mərasimdə çıxış edən məscidin axundu İmam Cümə Hacı Hacıyev, ali məqam sahibli şəxsiyyətlərin dəyərindən və şəhitlik zirvəsindən söz açıb. O, islam dininin vətənpərvərlik və ədalət dini olduğunu bildirib. Din xadimi çıxışında 44 günlük Vətən müharibəsinə diqqət çəkərək general Polad Haşımov və polkovnik İlqar Mirzəyevin qanlarının yerdə qalmadığını bildirib. O, tezliklə Gürcüstanın da ərazi bütövlüyünün bərpasını diləyib.