0552508808

0124977539

Gürcüstan
Gürcüstan
|

Qardabanidə tələbə-gənclərin təhsil problemləri müzakirə edilib

01.02.2024

Qardabanidə fəaliyyət göstərən Təhsil və İnteqrasiya Mərkəzində yerli icma nümayəndələri və ziyalılarla görüş keçirilib.

Görüşdə tələbə-gənclərin təhsil problemləri, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, Azərbaycan dövlətinin bu ölkədəki azərbaycanlılara qayğısı və s diqqət mərkəzində olub.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız təkcə gürcü cəmiyyətinə deyil, Avropaya inteqrasiya sahəsində də çox böyük uğurlar qazanıblar.

O qeyd edib ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi dövlət başçısının müəyyən etdiyi siyasəti uğurla həyata keçirir. Qardabani Təhsil və İnteqrasiya Mərkəzi də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yaradılıb və fəaliyyət göstərir.

Mərkəzin icraçı direktoru Çiçək Hüseynova bildirib ki, qısa müddət ərzində mərkəz yerli ictimaiyyətin diqqətini cəlb edib və nüfuz qazanıb. Bu gün mərkəzdə 600-ə yaxın şagird və gənc qeydiyyatdadır. Hazırda onların 360-ı mərkəzdə Azərbaycan dili, ingilis dili, gürcü dili, riyaziyyat, məntiq fənləri, eləcə də rəsm, musiqi və digər ixtisaslar üzrə ödənişsiz təhsil alırlar.

Sonra “Gürcüstanın Maarif Təşkilatı”nın rəhbəri və “Maarif” qəzetinin baş redaktoru Ələddin Qaradağlı, ziyalı Əvəzxan İsayev, Azərbaycan dili və ədəbiyyat müəllimi Növrəstə Məhərrəm qızı, tarix müəllimi Sahib Msutafayev, Kosalar kənd mətkəbinin direktoru Nəsib Nəsibov və başqaları çıxış edərək Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıblar.

Azərbaycan dövlətinin Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödəməsi, azərbaycandilli məktəblərin dərs və metodik vəsaitlərlə təmin etməsi yüksək qiymətləndirilib. Bildirilib ki, bu diqqət və qayğı Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyasında mühüm rol oynayır.

 

110 KB