0552508808

0124977539

Keçmişimiz və bu günümüz
Maraqlı məlumatlar
|

Tarixi faktlar, bilməli olduğumuz keçmişimiz

14.06.2021

1)  “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir.  

 

2) Bolnisinin əsas çayı vaxtı ilə Kəpənəkçi tayfasının adını daşımışdır. Bu o deməkdir ki, həmin ərazidə Kəpənəkçi tayfası məskən saldıqdan sonra çayı da öz tayfasının adı ilə adlandırmışdılar. Kəpənəkçi çayı Kürə qovuşan ən bol sulu çaylardan biri idi. Gürcüstanın tarixçiləri Bolnisin tarixiylə bağlı yazarkən də bu rayonun əsas çayının VI əsrin ortalarından Kəpənəkçi adlandığını xüsusi olaraq qeyd edirlər (L.Musxelişvili, Bolnisi (отделный вырезок), Вестник Грузиниский филиал АН СССР т. III, 1938, səh.377). Bu da şübhəsiz ki, Kəpənəkçi tayfasının həmin çayın vadisində VI əsrdən əvvəl məskunlaşmasını söyləməyə əsas verir. 

 

3) Bolus-Kəpənəkçi kəndinin adı bəzi mənbələrdə Böyük Kəpənəkçi kimi qeyd olunur.

 

4) Səfəvi hökmdarı Birnci Şah Abbasın (1587-1623) zamanında Gürcütana qızılbaşların köçürülməsi ilə yanaşı əks proses də getmişdir. Belə ki, Qarapapaqların Osmanlıya rəğbəti Şah Abbası narahat etdiyindən o “sərhəddə etibarsız” sayılan Borçalı-Qazax mahalınn bir çox qarapapaq kəndlərini Gəncə, Qarabağ və Şirvan əyalətlərinə köçürmüşdür.  Ehtimal olunur ki, Borçalıdan Qarabağa Kəpənəkçi tayfasının köçürülməsi 1587-1593-cü illər arasına təsadüf edir

 

5) 1975-ci ildə Bolus-Kəpənəkçi kəndindən Məhər Əmrah oğlu 459–484-cü illərin Sasanlı pullarını tapıb Gürcüstan Dövlət Muzeyinə vermişdir.

 

6) Ermənilər XVIII yüzildə Qarabağdan, XIX yüzilin otuzuncu illərində (1830-cu illər) Ərzurum bölgəsindən Bolnisi ərazisinə köçürülmüşdülər. 

 

7) 1832-ci ildə Rusların Gürcüstandan qovulmasında İrakli şahın oğlu, Borçalılarla birgə Səlmasda yaşamış Aleksandre başda olmaqla onun təşkilatçılarına Borçalılardan Kəpənəkçi Bayram Əli oğlu və başqalarının yaxın yardımçı olduqlarını arxiv sənədləri təsdiqləyir.

 

8) Gürcüstan Mərkəzi Tarix arxivindəki məlumata əsasən (fond 254, siyahl 1, iş №1254, vərəq 154; fond 2, siyahl 1, iş №2672) 1831-ci il Borçalınn Bolus-Kəpənəkçi kəndinin 1831-ci ildə ağası Ağakişi bəy olmuşdur. Oğlu Musanın 20, Mehdinin isə 15 yaşı olduğu qeyd edilir.

Ağakişi bəyin qohumu Məmməd ağa Abdulla ağa oğlunun 1831-ci ildə 60 yaşı olduğu yazılıb. Həmçinin 1926-1928-ci illərdə Rusiya-İran müharibəsi zamanı Məmməd ağanın müharibədəki şücaətinə görə medalla təltif olunduğu vurğulanır. 

1831-ci ildə Məmməd ağanın oğullarının, Əmirastanın 35, Şamxalın 30, Musanın isə 7 yaşı olduğu qeydə alınıb. 

Yusuf ağa Atakişi oğlunun 63 yaşı, oğlu Nəsibin 23, qohumu alının isə 15 yaşında olduğu yazılıb.

Yuxarıda adları qeyd olunanların hamısı Acalovların nümayəndələridir.

 

9) 1831-ci ildə Kəpənəkçinin koxası 60 yaşlı İbrahimxəlil Qaravəli oğlu olub. Oğlu Bayramın 25, Atakişinin isə 11 yaşı olub. 

 

10) Gürcüstan Mərkəzi Tarix arxivindəki məlumata əsasən (fond 254, siyahl 1, №2048) 1843-cü il Borçalı nahiyəsində xidmətdə olan ağa-məmurlarının siyahısında Bolnis-Kəpənəkçi kəndinin ağası-məmuru kimi Musa ağa Ağakişi bəy oğlu qeyd olunub. Həmin tarixdə onun 30, qardaşı Ağanın isə 20 yaşı olub.

 

11) Gürcüstan Mərkəzi Tarix arxivindəki məlumata əsasən (fond 254, siyahl 2, №233, vərəq 429) 1858-ci ildə Kəpənəkçi kəndinin imamı vəzifəsinə 33 yaşlı Mustafa Əfəndi Veysəl oğlu təyin olunur. 

Həmin illərdə kəndin digər ruhanisi isə Molla Alı Bulud oğlu idi.

 

12) Arxiv sənədlərinə əsasən Bolnis-Kəpənəkçi kəndinin imamı Mustafa Əfəndi Veysəlzadənin (Veysəl oğlunun) sonradan bütün Borçalı qəzasının sünni məzhəbi üzrə qazisi vəzifəsini tutduğu qeyd olunur (f.153, s.1, iş №119, v.131). 

 

13) Kəpənəkçidə ilk dəfə məscidi Bayram ağanın qızı, İsrafil bəyin həyat yoldaşı Xeyransa xanım atasının rəhmətinə XIX əsrin axırında tikdirmişdir. Məsciddə Yusuf əfəndi, Yunus əfəndi, Molla Musa əfəndi, Molla Osman, Molla Mahmud Mehdiyev fəaliyyət göstərmişdilər. 

 

14) XIX ərsin axırında kənddə tikilən məsciddə ilk dəfə əzan çəkən müəzzin Veysal oğlu Nəzik Musa olub.

 

15) 1896-cı ildə Bolus-Kəpənkçidə məktəb açılması ilə bağlı kənd camaatı  hökm çıxarmışdır.

 

16) 1905-ci ilin məlumatına görə Borçalı qəzasının  Bolus-Kəpənəkçi kəndində rəsmi olaraq yalnız bir məscid məktəbi fəaliyyət göstərirdi ki, burada 6 (altı) şagird oxuyurdu və bir molla dərs deyirdi.

 

17) 1917-ci ildə Kəpənəkçidə ilk dünyəvi məktəb açılıb. Bu məktəbə Seyfulla Əlizadə müdir-müəllim təyin edilib.

 

18) 1920-1921-ci tədris ilində məktəbdə 1860-cı illərdə Borçalı qəzasının sünni məzhəbi üzrə qazisi olmuş Mustafa Əfəndinin nəvəsi Mustafa Qazızadə (Veysəlzadə - Əfəndiyev) müəllimlik etmiş, 1923-cü ildə müdir təyin edilmişdir. Həmin ildə məktəbdə  40 şagird təhsil alırdı. 1926-cı il fevralın 22-də Borçalı qəza xalq təhsili şöbəsinə təqdim edilmiş hesabatda Mustafa Qazızadə (Veysəlzadə - Əfəndiyev) “ortabab” (posredstvennıy) müəllim kimi qiymətləndirilmişdir.

 

19) 1920–1924-cü illər arası Borçalıdan, o sıradan Kəpənəkçi və Ağalıqdan Qarapapaq türkləri dəyişmə yoluyla Qars tərəflərə aparılmışdır. 

 

20) 1930-cu il yanvarın 1-dən etibarən Kəpənəkçi kənd məktəbində yeni əlifbaya, türk dilinə keçirilməsi barədə qərar çıxarılıb.

 

21) 1938-ci ildə Bolus-Kəpənəkçi məktəbi natamam orta məktəb statusu qazanıb. 

 

22) Bolnisi raynuna gürcülərin yerləşdirilməsi 1941-ci ilə təsadüf edir.

 

23) 1946-cı ildə Molla Osman əfəndinin rəhbərliyi zamanında Kəpənkçi məscidi Sovet hökuməti tərəfidən ləğv olunub və taxıl anbarı kimi istifadə edilib.

 

24) Tarixi Kəpənəkçi adı 1949-cu ildə dəyişdirilərək Kvemo Bolnisi (Aşağı Bolnis) adlandırılmışdır.

 

25) 1956-1957-ci tədris ilində Kəpənəkçi kənd məktəbinə orta məktəb statusu verilib. 

 

26) 1962-ci ildə Kəpənəkçidə kəndin yuxarı tərəfində (indiki 1 saylı orta məktəb) yeni ikimərtəbəli çoxsinifli məktəb binası tikilib. 

 

27) Sovet hökuməti dağılandan sonra 1946-cı ildə ləğv olunan Kəpənkçi məscidi təmir olunaraq Kənd mədəniyyət evi kimi bu gün də istifadə olunur.

 

28) Xıdır Məlik-Qasımovun öz şəxsi vəsaiti hesabına Kəpənəkçi kəndində inşa etdirdiyi Məscidin təməli 2005-ci iln fevralnda qoyulmuş, 2007-ci il, avqustun 17-disində inşası başa çatmışdır.

 

Hazırladı: Namiq Veysəl