0552508808

0124977539

Home
Tanınmış Soydaşlarımız
|

Qeysər Kaşıyeva

Azərbaycanın ilk ali təhsilli qadın rəssamı Qeysər Kaşıyevadır. 


Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyunun 7-də Tiflisdə anadan olub. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxuyub, orada rus dilini öyrənib, sonra isə Qızlar Gimnaziyasında təhsil alıb. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda, bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907-1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəyib. Lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olub.


Qeysər xanım yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edib. Onun bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.


Qeyd edək ki, Qeysər xanım Kaşıyeva Azərbaycan Cümhuriyyəti ordusu polkovniki Şirin bəy Kəsəmənlinin həyat yoldaşıdır.

 

171.5 KB