0552508808

0124977539

Home
Üzvlərimiz
|

İlqar Eyyubov

İlqar Bayram oglu Eyyubov 22.09.1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri  271 saylı orta məktəbi bitirdikdən sonra, həmin ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq, 2002-ci ildə BDU-nin Hüququ fakültəsinin bakalavr 2005-ci ildə isə , həmin fakultənin Magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2003-2004-cü ilərdə həqiqi xidmətdə olmuşdur.

2006-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquqi İnstitutunun Dissertanturasında təhsilini uğurla başa vurub,  “Cinayət prosesində iştirak edən digər şəxslər və onların prosessual-hüquqi vəziyyəti” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2015-ci ildə Hüquq üzrə Fəlsəfə Doktoru elmi adını almışdır .


2011-2012-ci illərdə Azərbaycan Respublikası Polis Akademiyasının İdarəetmə və İxtisasartırmanın təşkili fakultəsində təhsilini davam etdirib, oranı da əla qiymətlərlə bitirmişdir.

2006-cı ildə Azərbaycan Respublikası DİO-nun sırlarına daxil olaraq 2013-cü ilədək Azərbaycan Respublikasının müxtəlif rayonlarında təhqiqatçı müstəntiq , xidmət üzrə baş inspektoru vəzifəlırində işləmişdir. 2013-cü il tarixdən xidmətini Azərbaycan Respublikası DİN- nin Polis Akademiyasının “Cinayət Prosesi” kafedrasının müəllimi vəzifəsində davam etdirmiş, 2017-ci ildən isə ehtiyyatda olan Polis mayoru olmaqla DİO-da xidmətini başa vurmuşdur. 2017-2018-ci illərdə  “RRBN MMC” şirkətinin  Baş direktoru, 2018-2019-cu illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin sosial-hüquq məsələləri üzrə nəzarət şöbəsinin müdiri vəzifələrində karyera yüksəlişinə davam etmişdir. 

2018-ci il tarixdən, həmçinin  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. 

Hazırda Vəkillər Kollegiyasının üzvü olmaqla vəkillik fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası və xarici ölkələrdə keçirilmiş bir çox elmi-praktik seminarilarda və təlimlərdə iştirak etmiş, 30 -dan çox dərs və elmi-metodiki vəsaitlərin, habelə elmi məqalələrin müəllifidir. 


2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə  keçirilən seçkilərdə duputatlığa namizədliyini irəli sürmuşdür. 


2019-cu ilin dekabr ayından etibarən SOYDAŞ İctimai Birliyinin İdarə heyətinin sədrinin müavinidir.


Evlidir, üç övladı var.

 

35.4 KB