0552508808

0124977539

Home
Üzvlərimiz
|

Namiq Veysəl

Namiq Mühəndis oğlu Veysəlov 19 Sentyabr 1981-ci ildə Gürcüstanda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Kəpənəkçi kənd 1 saylı orta məktəbini bitirdikdən sonra 2000-2005-ci illərdə “Xəzər Universiteti”nin “İqtisadiyyat və Menecment” fakültəsində, Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə ali təhsil almışdır. 

2000-ci ildən İctimai fəaliyyətlə məşğuldur. Bir neçə İctimai Birliyin həmtəsisçisi olmaqla yanaşı rəhbərliklərində təmsil olunmuşdur. 2000-2004-cü illərdə SABAH Gənclər Birliyinin idarə heyətinin üzvü və Xəzər Universitetindəki şöbəsinin sədri olmuşdur. 2007-ci ildən isə əsasən xeyriyyə və bir sıra sosial layihələri icra edən Stimul Gənclər Şəbəkəsinin təsisçilərindən biri və idarə heyətinin üzvüdür. Hazırda “Soydaş” İctimai  Birliyinin həmtəsisçisi və  İdarə Heyətinin üzvüdür.

Namiq bəy 2000-ci ilən etibarən "Xəzər xəbər" jurnalında müxtəlif məqalələrlə çıxış etməyə başlamış, 2001-ci ildən 2004-cü ilədək tələbə məclisinin "Xəzər xəbər" jurnalı redaksiyasının rəhbəri olmuşdur. 

Əmək fəaliyyətinə 2003-cü ilin fevralında "Kapital Bank" ASC-də (o vaxtkı "Beynəlxalq Universal Səhmdar Bankı") əməliyyatçı-mühasib kimi başlamış və 2003-cü ilin dekabrından isə o vaxtkı "Qaradağ Sement" ASC-də (indi Holcium Group) mühasib kimi fəaliyyətini davam etdirmiş və 2005-ci ilin mayınadək orada işləmişdir. 2005-ci ilin mayından etibarən isə Şahdəniz Qaz İxracı layihəsində Layihə menecerinin maliyyə və idarəetmə üzrə müavini vəzifəsində işləmişdir. 2006-cı ilin sonunda, layihəni tamamladıqdan sonra "British Petrolium" (BP) şirkətinin subpodratçılarından olan CRC11 şirkətinin baş ofisində mühasib kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ilin Aprelinədək bu şirkətin mühasibi işləmişdir.

Namiq Veysəl 2009-cu ilin yanvar ayında STİMUL Təhsil və Konsultasiya mərkəzini təsis etmişdir.

Hal hazırda təsisçisi olduğu STİMUL Təhsil və Konsultasiya Mərkəzinin direktoru olaraq onlarla Banklar, Nazirliklər, holdinqlər və yüzlərlə müəssisə və təşkilatların işçi heyətinin ixtisasartırmasını həyata keçirir.

Ailəlidir, 2 oğlu və 2 qızı var.

 

204.4 KB