29.08.2020
Gürcüstanın ən böyük kəndlərindən biri də hələ erkən orta əsrlərdən (VI əsrin əvvəllərindən) tarixi sənədlərdə qeydə alınan, Dədə Qоrqud dünyаsı ilə səsləşən Kəpənəkçi (Bolus Kəpənəkçi – Bolnis Kəpənəkçi) kəndidir. VI əsrə аid Gürcü mənbələrində Bu kəndin adı Bоlus-Kəpənəkçi аdı ilə хаtırlаnır.
Tarixi Kəpənəkçi adı 1949-cu ildə dəyişdirilərək Kvemo Bolnisi (Aşağı Bolnis) adlandırılmışdır.
Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı fikri daha inandırıcıdır. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur.
Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr. Hаzırdа Kəpənəkçi kəndinə bitişik Аğаlıq kənd аdı dа həmin idаrəçilik rеjimi ilə bаğlıdır.
Kəpənəkçinin ərazisi 1.013 hektardır. Əhalisi 1870-ci ildə 169 ailədə 1403 nəfər, 1918-ci ildə 1917 nəfər, 1926-cı ildə əhali sayımına görə Lüksemburq rayonunda Bolnis-Kəpənəkçidə 408 ailədə 2257 nəfər, 2002-ci ilin statistik nəticəsinə görə 2122 ailədə 6766 nəfər (3387 kişi, 3379 qadın), 2006-cı ildə 1849 ailədə 7.700 nəfər idi. Kənddə ilk məktəb 1917-ci ildə yaradılıb.
Kəndin inzibati ərazisinin ən yüksək nöqtəsi Ağzıböyük silsiləsində yerləşən, hündürlüyü 2141 metrə çatan Lök dağı olduğunu çoxumuz bilirik (bu silsilədə hündürlüyü 2543,5 metr olan Ləlvər dağı (keçmiş dağ Borçalı ərazisi) və hündürlüyü 2526,4 metr olan Lecan dağı da var). Dağın şimal ərazisi Bolus Kəpənəkçi kəndinin sakinləri tərəfindən tarixən yay otlaqları kimi istifadə edilmişdir. Zirvəsində tarixi əhəmiyyətli və keçmişi etnik mübahisə obyekti olan məbəd mövcuddur. Bu məbədin Albanlara aid olduğunu dağın adına görə təxmin etmək olur. Albanlar Şimali Azərbaycanın qədim əhalisi idilər. Ölkədə albanlarla yanaşı “Lek” tayfasının da yaşadığı müəyyən edilmişdir. Ehtimal olunur ki, “Lök” adının qədim Albanyanın “Lek” adlı tayfasıyla bir bağlılığı var.
İndi isə gəlin Bolus Kəpənəkçi kəndinin tarixini vərəqləyək.
Salnamələrdən birində qeyd edilir ki, IV yüzildə Qara Hunlardan Quşan soylu Çənəllər, o sıradan onların bir qolu Boluslar Daryal səddiylə gəlib Kür qırağında, Orbet (Qartallı) qalası ətrafında məskunlaşmışdılar. Göktürklər dövrü ilə bağlı olaraq Çin mənbələrində belə yazılır: "Bunlar daha öncələri özlərinə Hun deyirdilər, indi isə Türk deyirlər!" Bu mənbə Hunların Türklərin babaları olduğunu sübut edən bir sənəddir. Bu adı daşıdığımız və Türk olduğumuz üçün hər zaman qürur duymalı və öyünməliyik.
Bolnisinin əsas çayı vaxtı ilə Kəpənəkçi tayfasının adını daşımışdır. Bu o deməkdir ki, həmin ərazidə Kəpənəkçi tayfası məskən saldıqdan sonra çayı da öz tayfasının adı ilə adlandırmışdılar. Kəpənəkçi çayı Kürə qovuşan ən bol sulu çaylardan biri idi. Gürcüstanın tarixçiləri Bolnisin tarixiylə bağlı yazarkən də bu rayonun əsas çayının VI əsrin ortalarından Kəpənəkçi adlandığını xüsusi olaraq qeyd edirlər (L.Musxelişvili, Bolnisi (отделный вырезок), Вестник Грузиниский филиал АН СССР т. III, 1938, səh.377). Bu da şübhəsiz ki, Kəpənəkçi tayfasının həmin çayın vadisində VI əsrdən əvvəl, yəni V əsrdən məskunlaşmasını söyləməyə əsas verir. Kəpənəkçi tayfası ən geci isə VI əsrin əvvəllərindən bu ərazilərdə məskunlaşmamış olsa idi o zaman bu tayfanın adı ilə bağlı olan Bolus-Kəpənəkçi çayının adı da VI əsrdən mənbələrdə qeyd olunmazdı. Bu yerdə bir xatırlatma etmək istəyirəm ki, 1975-ci ildə Bolus-Kəpənəkçi kəndindən Məhər Əmrah oğlu 459–484-cü illərin Sasanlı pullarını tapıb Gürcüstan Dövlət Muzeyinə vermişdir.
Gürcüstanda bu аdın digər pаrаlеlləri оlаn Kürüstü-Kəpənəkçi (Mаrnеuli), Qаrаyаzı-Kəpənəkçi (Qаrdаbаni) kəndləri vаr. Vахtı ilə Dаğ Bоrçаlı (Loru) аdlаnаn indiki Еrmənistаnın Ахuryаn rаyоnundа Böyük Kəpənəkçi (indi “MetsMantaş”), Kiçik Kəpənəkçi (indi “Hovit”) kəndləri оlmuşdur.
Qarayazı düzündə, indiki Qardabani rayonunda 1926-cı ildə Yuxarı Kəpənəkçi kəndində 338 nəfər, Aşağı Kəpənəkçidə isə 86 nəfər yaşayırdı. İndi Qaracalar kəndi tərkibindədir.
Dmanisi rayonunun (Başkeçid) “Şindilər Kəpənəkçi” adına 1536-cı ilin sənədlərində (Barataşvililərin–Baratlıların bölgü kitabında) rast gəlirik. 19-cu əsrin tarixi qaynaqlarında da “Şindilər Kəpənəkçi” kəndin adı keçir. 1886-cı ildə Şindilər-Kəpənəkçidə 178 nəfər yaşayırdı. Çox güman Kəpənəkçidən yaylağa gedən bir neçə ailə geri qışlağa qayıtmayaraq bu ərazidə yurd salıblar (müəllif). Əhalisi 2006-cı ildə 246 ailədə 464 nəfər idi.
1721-ci il mənbələrində Tiflis əyalətinin Dəmirçi bölgəsində 197 ailədən ibarət Kəpənəkçilərin də olduğu qeyd edilir. Bura indi Kürüstü-Kəpənəkçi adandırılır.
Həmçinin Azərbaycanın da bir neçə bölgəsində, Goranboy və Zaqatala rayonlarında Kəpənəkçi adlı kəndlər hazırda da var.
Bu yerdə indiki Ermənistan ərazisində qalan Kəpənəkçi kəndlərinin aqibətiylə bağlı qısa məlmat vermək doğru olardı.
“Böyük Kəpənəkçi” kəndinin 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və orada ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd “MetsMantaş” adlandırılmışdır.
“Kiçik Kəpənəkçi” kəndinin 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi köçürülərək Türkiyədən gələn ermənilər orada məskunlaşdırılmışdır. 1945-ci ildə kənd erməni dilində “Hovit” adlandırılmışdır. Bu kənd 19-cu əsrin 40-cı illərində “Böyük Kəpənəkçi” kəndindən gələnlər tərəfindən qurulmuşdur.
Bununla yanaşı “Kəpənək” adlı daha bir kənd İrəvan əyalətində, Alexandropol bölgəsində (Axuryan rayonu) də olub. 1945-ci ildə isə kəndin adı dəyişdirilərək “Ovit” adlandırılıb.
“Böyük Kəpənək” kəndi Ani nahiyəsində yerləşirdi. 1918-ci ildə əhalisi Azərbaycan türklərindən ibarət kənd camaatı qovuldu və Türkiyədən gələn ermənilər orada məskunlaşdılar. 1925-ci ildə kənd ermənicə “Musaelyan” adlandırıldı. Tarixi mənbələrdə qeyd edilir ki, bu kəndin adı köhnə türk mənşəli Peçeneglərin Kəpənək qəbiləsinin adını əks etdirir.
“Qara Kəpənək” kəndi İrəvan quberniyasının ərazisində yerləşirdi. Əvvəlcə Garye (ərəb dilində kənd) Kəpənək, yəni "Kəpənək kəndi" adlandırılıb.
Qarabağın "Otuziki" ərazisində Kəpənəkçi sakinlərinin yaşadığı da tarixi mənbələrdə qeyd edilir. Bu yerdə babalarımızdan eşitdiklərimiz yada düşür. Babalarımız deyirdilər ki, bizim camaatın bir hissəsi vaxtilə Qarabağa və bəzi vaxtlarda əksinə, Qarabağdan bizim kəndə köçüblər. Bu da onu göstərir ki, Qarabağ və Gürcüstan türklərinin yaşadığı ərazilər arasında daim bir bağ olub. Hər iki bölgənin də qədim insan məskənləri olduğu tarixi faktlarda öz əksini tapır.
Gəlin bu mahalın tarixinə də qısa nəzər salaq. "Otuziki" Qarabağ xanlığının 25 mahalından biri olmuşdur. Adını türk tayfa birliyi otuzikilərdən alıb. Bu tayfa birliyi qədim dövrlərdə Qarabağın fərqli yеrlərində yaşayırdı. 1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Həmin qaynaqda Otuzikilərin yеrləşdiyi yerlər arasında 13-cü qol olaraq Kəpənəkçi oymağının da Gəncə qəzası, Yavlaq nahiyəsində yerləşdiyi qeyd edilir.
Bu faktlardan birinə də diqqqət edək. Səfəvi hökmdarı Birnci Şah Abbasın (1587-1623) zamanında Gürcütana qızılbaşların köçürülməsi ilə yanaşı əks proses də getmişdir. Belə ki, Qarapapaqların Osmanlıya rəğbəti Şah Abbası narahat etdiyindən o “sərhəddə etibarsız” sayılan Borçalı-Qazax mahalınn bir çox qarapapaq kəndlərini Gəncə, Qarabağ və Şirvan əyalətlərinə köçürmüşdür. Ehtimal olunur ki, Qarabağa Kəpənəkçi tayfasının köçürülməsi 1587-1593-cü illər arasına təsadüf edir (müəllif).
Bir az da qədim Türkobanın, tarixi Borçalı mahalının dünyanın ən qədim insan məskənlərindən biri olduğunun sübutlarına baxaq, daha sonra Kəpənəkçinin qədim yurd olduğuna tarixi faktlara istinad edək.
«Borçalı» toponiminin ümumi mənası «borilərin təpəsi», yəni «qurdlar təpəsi» deməkdir. Borçalı ərazisinin üçdən iki hissəsinin dağlıq olduğunu nəzərə alsaq, fikrimiz daha aydın təsdiq olunur.
Hələ XX əsrin 30-cu illərində Ceyrançöldə Udabno kəndindən tapılmış primat qalıqları bölgənin antropogenez, yəni insanın yaranma yeri olduğunu sübut edir. Dünya alimlərinin diqqətini cəlb edən ən mühüm tapıntı isə 1999-cu ildə Dmanisi (1947-ci ilədək Başkeçid) rayonu ərazisində Xram çayı sahilindəki mağaradan aşkar edilmişdir. Arxeoloqlar burada yanaşı basdırılmış ər və arvadın bütöv skeletlərini tapmışlar. Antropoloqların fikrincə kəllə quruluşuna görə dolixokran (uzunbaş) olan bu insanlar Yer kürəsində evropoid irqinin ən qədim nümunələridir. Bütövlükdə Qafqaz əhalisi öz antropoloji quruluşuna görə evropoid irqinin cənub qolunun dörd tipinə aid olunurlar. Mərkəzi Qafqaz əhalisi və gürcülər girdəbaşlı, enlisifətli kavkasion, ermənilər yastıbaşlı, naziksifətli, əyriburunlu armenoid, Qara dəniz sahillərinin əhalisi qismən sarışın, əyriburunlu, qıvrımsaçlı, qismən girdəbaşlı Pont, azərbaycanlılar isə dolixokran (uzunbaşlı), nazik və düz burunlu, ortaboylu Kaspi tipinə aid olunurlar. Məsələyə aydınlıq gətirmək üçün XX əsrin əvvəllərində yaşamış görkəmli gürcü tarixçisi İ.A.Cavaxaşvilinin “Gürcü xalqının tarixi” əsərinə müraciət edək: “kəllələrin quruluşuna görə antropologiya elmi xalqları bir neçə yerə ayırır: onlardan biri qısa başlı, yəni braxikran, digəri isə uzunbaşlı və ya dolixokrandır. Qafqazdakı ən qədim qəbirlərdən tapılan kəllələrin ölçülməsi nəticəsində müəyyən edilmişdir ki, ilk olaraq bizim diyarda uzunbaşlılar, yəni dolixokefallar yaşamışlar. Professor Virxov qeyd etmişdir ki, indiki gürcülərin və ermənilərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlantısı yoxdur. Demək onda gürcülər və ermənilər mahiyyətcə Qafqazın ilk yerli əhalisi deyillər. Onlar Qafqaza gəldikdə, burada ayrı xalqın nümayəndələri yaşayırdılar.
1738-ci ildə yadelli ləzgi quldur dəstələrinə qarşı şücaət göstərmiş Kəpənəkçi Mədəd tarixi mənbələrdə xüsusi olaraq qeyd edilib.
Kəndimizdəki bəzi soylardakı ağsaqqalların dediyi kimi, onların babalarının vaxtilə Cənubi Azərbaycandan gəldiyini tarixi mənbələrdə də rast gəlirik. Belə ki, 1755-ci ildə İrakli vaxtilə Cənubi Azərbaycandan Muğan düzünə gəlmiş 250 Türkman ailəsini Muğanlı, Kəpənəkçi, Qızılhacılı obalarına gətirmişdir (Şurəddin Məmmədli * Alın Yazımız* s. 43).
1832-ci ildə Rusların Gürcüstandan qovulmasında İrakli şahın oğlu, Borçalılarla birgə Səlmasda yaşamış Aleksandre başda olmaqla onun təşkilatçılarına Borçalılardan Kəpənəkçi Bayram Əli oğlu və başqalarının yaxın yardımçı olduqlarını arxiv sənədləri təsdiqləyir.
Ermənilər XVIII yüzildə Qarabağdan, XIX yüzilin otuzuncu illərində (1830-cu illər) Ərzurum yörələrindən buraya, Bolus ərazisinə köçürülmüşdülər. Buna misal olaraq Kəpənəkçi kəndinin və onun sakinərinin vaxtilə məskunaşaraq qurduqları Şəmşoy və İncioğlu kəndləri arasına yerlədirilmiş indiki Xaçınlı kəndini göstərmək olar.
1920–1924-cü illər arası Borçalıdan, o sıradan Kəpənəkçi və Ağalıqdan Qarapapaq türkləri dəyişmə yoluyla Qars tərəflərə aparılmışdır (Şurəddin Məmmədli * Alın Yazımız* s. 95).
Bolnisi raynuna gürcülərin yerləşdirilməsi isə 1941-ci ilə təsadüf edir.
Bu kənd təkcə аdı ilə dеyil, еyni zаmаndа türk-Аzərbаycаnlıyа хаs оlаn milli mənəviyyаtı, еtnоqrаfik хüsusiyyəti, əхlаqi kеyfiyyəti, аilə-qоhumluq, qоnşuluq münаsibətləri, vаlidеynə, аğsаqqаlа, аğbirçəyə, böyüyə-kiçiyə hörmət və еhtirаm, qаyğı göstərmək, əl tutmаq, kömək, аrха, dаyаq оlmаq, hаlаllıq, nаmus-qеyrət, аdət-ənənə, məişət mədəniyyəti, sаzа-sözə vurğunluq, hikmətlik, müdriklik, bir sözlə qədim tаriхə bаğlılığı ilə bu gün də Dədə Qоrqud dünyаsının cаnlı şаhididir. Kəpənəkçilərin diаlеkt хüsusiyyəti də həmin dövrlərlə еyniyyət təşkil еdir. Misаl üçün: Kəpənəkçidə mürаciət fоrmаsındа “Ərrə” (Ərrə bu nə dаnışır?) ifаdəsi işlənir. Bu ifаdə “Dədə Qоrqud”dа Mərə (Mərə, kаfir) şəklində işlənir. Qədim mənbələrdə bu kəndin аdı ilə, bir çох müхtəlif аdlаrlа tаnınаn tоpоnimlər də mövcuddur.
Bu yerdə bir məqama diqqət yetirməyimiz vacibdir. Bildiyiniz kimi qədim türklər əsasən köçəri həyat sürüblər, davamlı oaraq yaylaq və qışlaqlara köç ediblər. Bu da özlüyündə tarixi ardıcıllığı izləməyə öz mənfi təsirini göstərb. Biz VI əsrin əvvəllərində Kəpənəkçi adına tarixi sənədlərdə rast gəlsək də heç şübhəsiz ki, bu yerlərdə türklərin məskunlaşması bizim eradan əvvələ qədər gedib çıxa bilər. Belə ki, ən qədim gürcü yazılı mənbələrindən biri olan “Моксеван Картлиса”da (VIII əsr) yazılır ki, e.ə. IV əsrin 30-cu illərində Makedoniyalı İskəndərin İrana və Cənubi Zaqafqaziyaya yürüşləri zamanı Gürcüstan ərazisində buntürklər (qədim türklər, gök türklər) yaşayırmış. Beləliklə, tarixi mənbələrə əsasən yurdumuz ən qədim insan məskənlərindəndir və bu torpağın ilk sakinləri bizim ulu babalarımızın olduğu tam təsdiqini tapır. Qarapapaqlar miladdan öncə bu torpaqlara həyat gətirmişdilər.