0552508808

0124977539

Xeyriyyəçilərimiz
|

Xıdır Məhəmməd oğlu Məlik-Qasımov

01.06.2021

Xıdır Məhəmməd oğlu Məlik-Qasımov 1952-ci il mayın 9-da Kəpənəkçi kəndində anadan olub. Orta təhsilini kənd orta məktəbində bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vurduqdan sonra yenidən doğma kəndinə qayıdaraq burada müəllim kimi pedoqoji fəaliyyət göstərmişdir.

Xıdır müəllim gözəl insan, ziyalı və xalqına, millətinə və vətəninə olduqca bağlı bir insan idi. Həmişə öz yüksək mədəniyyəti, əhatəli dünya görüşü ilə diqqət çəkən Xıdır Məlik-Qasımov həm də xeyriyyəçi idi. Təsadüfi deyil ki, o, məhz belə xeyriyyəçi əməllərinə görə, əhatəsindəki insanların doğma el-obasının sevimlililərindən birinə çevrilmişdi. Belə ki, Xıdır müəllim öz şəxsi vəsaiti hesabına Kəpənəkçi kəndində məscid inşa etdirib. Bu məscidin kənddə ilk məscid binası olması bir daha Xıdır Məlik-Qasımovun necə xeyirxah və nəcib bir insan olduğunun göstəricisidir. Məhz gördüyü bu və digər savab işləri sayəsində o, əbədi olaraq Kəpənəkçi kənd sakinlərinin yaddaşında qalacaqdır. Onun hələ çoxsaylı arzuları, həyata keçirmək istədiyi işləri var idi. Ancaq amansız ölüm Xıdır müəllimin bu arzularını həyata keçirməyə qoymadı. O, 26 avqust 2018-ci ildə haqqın rəhmətinə qovuşmuşdur.

Nəcib insan, böyük alim və ziyalı, öz gözəl əməlləri ilə həmişəlik xalqının rəğbətini qazanan Xıdır müəllimin xatirəsi daima yaddaşlarda yaşayacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

 

59.5 KB