11.06.2021
Göyüşov Ədalət Lətif oğlu 1964-cü il mart ayının 22-də Gürcüstanda, Bolnisi rayonu Kəpənəkçi kəndində anadan olmuşdur.
Kəpənəkçi kənd orta məktəbini bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Bitki mühafizəsi" fakültəsinə daxil olmuş və 1987-ci ildə Universiteti bitirmişdir.
Elə həmin il təyinatla İsmayıllı rayonunun Ruşan kəndinə göndərilmiş və 1987-1993-cü illərdə sovxozda baş aqronom işləmişdir.
1993-1999-cu illərdə İsmayıllı RİH başçısının İƏB üzrə səlahiyyətli nümayəndəsi (keçmiş Kənd Soveti) vəzifəsində çalışmışdır.
1999-cu ildən indiyədək bələdiyyə sədridir. 2006-cı ildən Azərbaycan Respublikası Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının İdarə heyətinin üzvüdür.
Ailəlidir, 1 oğlu 3 qızı olmaqla dörd övladı, 7 nəvəsi var.